SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Automobiles” QSC – Almaniyanın avtomobil markası Volkswagen-in Azərbaycanda rəsmi dileri olan yeganə şirkətdir.

Volkswagen-in Azərbaycandakı rəsmi dileri “Azərbaycan Automobiles” QSC sentyabrın 1-dən etibarən Bakıda yeni Volkswagen avtosalonunun açılışını elan edir. Sərgi salonu Babək prospekti 22/69 ünvanında yerləşir.

Xüsusilə qeyd edək ki, bu ünvan müvəqqətidir və tezliklə Bakıdakı Volkswagen avtosalonu Babək prospektində, Bravo supermarketinin yaxınlığında qurulan tamamilə yeni salona keçəcək.

Hələlik isə, bütün Volkswagen həvəskarları Bakıda ilk dəfə təqdim olunan tamamilə yeni Volkswagen Polo ilə tanış ola biləcəkləri yeni açılan avtomobil salonuna dəvət edilirlər. Sınaq yürüşü qısa zamanda mövcud olacaq.

Qüsursuz nüfuzu və mükəmməl sürücülük performansı sayəsində dünyanı çoxdan fəth etmiş, eləcə də Azərbaycanda həm populyar olan, həm də sevilən Volkswagen avtomobilləri haqqında bilmək lazım olan əsas şey – onun əsl alman keyfiyyəti olmasıdır.

Həmçinin şirkətin Azərbaycandakı yeganə rəsmi Volkswagen texniki xidmət mərkəzi də eyni ünvanda yerləşir. Əgər avtomobilinizə verilən zəmanəti dəyərləndirirsinizsə və ya avtomobilinizdə yalnız orijinal ehtiyat hissələrindən istifadə etdiyinizə əmin olmaq istəyirsinizsə, o zaman təqdim olunan ünvana müraciət edin.

Volkswagen avtosalonu ilə bağlı sizləri maraqlandıran bütün məlumatları aşağıdakı əlaqə nömrəsindən əldə edə bilərsiniz – *0999
Ünvan: Babək prospekti 22/69
Instagram - https://www.instagram.com/vw.azerbaijan/?igshid=go3hpre4cnig 
Reklam hüququnda

BAKU.WS
QALEREYA