SİZİN REKLAM BURADA!
055 213 76 73


Yenilənmiş, 2020 model “Audi Q7” artıq Azərbaycandadır.

Avtomobil həm dizayn, həm də texniki cəhətdən yenilənib. Artıq “Q7” modelini Azərbaycanda ilk dəfə dizel mühərriki ilə də əldə etmək olar. Mühərrik seçimində 3.0 TDI (249 at gücü) dizel, 2.0 TFSI (245 at gücü) və 3.0 TFSI (340 at gücü) benzin mühərrikləri mövcuddur.

Yenilənmiş “Audi Q7” avtomobilinin təchizatında bir çox texnoloji yeniliklər və innovativ sistemlər yer alıb. Modelin və ümumiyyətlə, “Audi” markasının fanatları tanınmış tam ötürücü “Quattro” sisteminin imkanlarında da faydalana bilər.

Nəzərinizə çatdıraq ki, yenilənmiş “Q7” modelinin ilk partiyası artıq satılıb. Növbəti partiya tezliklə satışda olacaq. Yenilənmiş “Q7” və digər “Audi” modellərinin təchizatı və qiymətləri ilə rəsmi saytda tanış olmaq və onlayn sifariş etmək mümkündür: https://www.audi.az/az/models/q7_55_tdi#view

Onlayn sifariş edilən avtomobillər alıcıya çatdırılaraq, ünvanda təhvil verilir.

Nəhəng, lüks SUV-nin bəzi xüsusiyyətləri və imkanları ilə videotəqdimatda tanış ola bilərsiniz

Qeyd edək ki, “Dream Auto” MMC “Audi” markalı avtomobillərin Azərbaycanda rəsmi idxalçısı kimi fəaliyyət göstərir. “Audi Azərbaycan” markanın model sırasının geniş çeşidlərini satış salonunda avtomobil həvəskarlarına təqdim etməklə yanaşı, istehsalçının bütün tələblərinə cavab verən müasir servis mərkəzi ilə satış sonrası texniki xidmətləri tam həcmdə həyata keçirir.

Rəsmi diler: “Dream Auto” MMC
Ünvan: Babəkprospekti, 43A Bakı, Azərbaycan
Tel: *8008
www.audi.az

BAKU.WS
QALEREYA