SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar.

BAKU.WS xəbər verir ki, region gənclərimiz #konulluqonaq-la könülləri fəth etməyə davam edirlər.

Qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkən gənclər, təmizlik işləri aparıb, həyətdə və bağda səliqə-sahman yaradıb, ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

BAKU.WS
QALEREYA