2 avqust 2019-cu il, Bakı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağının (UEZ) tikintisi həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov 2 avqust tarixində tikinti işlərinin gedişi ilə tanış olmuşlar.


AZAL Prezidenti Cahangir Əsgərov məlumat vermişdir ki, yeni zolaq beynəlxalq tələblərə uyğundur və Naxçıvanın Beynəlxalq Hava Limanında UEZ-lərdən biri təmir və texniki xidmət üçün bağlandığı təqdirdə aeroportun fasiləsiz işini təmin etməyə imkan verəcək.


Layihə çərçivəsində nəzərdə tutulmuşdur:

- Uzunluğu 3300 metr, eni isə 60 metr təşkil edəcək asfalt-beton UEZ-in tikintisi. İkinci zolaq da mövcud uçuş-enmə zolağı kimi geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək;

- Hava limanı ətrafı ərazidə irimiqyaslı qurutma işlərinin aparılması;

- Maneələrin aradan qaldırılması üçün uçuş və eniş zonasında 800 min kubmetrdən çox torpaq işləri görüləcəkdir;

- ICAO CAT II ikinci kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən, uçuş-enmə zolağının hər iki istiqaməti üçün yeni enişə yaxınlaşma instrumental sisteminin alınması (qərarın qəbul edilməsi hündürlüyü 30 m–dən 400 m-dək);

- təhlükəli hava şəraitini üfüqi 360 bucaq və şaquli -2 dərəcə ilə 182 dərəcə arasında müşahidə edən Furuno WR2100 metereoloji avtomatlaşdırılmış radiolokatorunun quraşdırılması;
BAKU.WS