SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda fəaliyyət göstərən “AKOND” QSC şirkəti ilə “Bosch Home Comfort Group” yeni əməkdaşlığa başlayır. Belə ki, qlobal arenada dayanıqlı məişət, mətbəx və digər avadanlıqların satışı ilə məşğul olan şirkət bu dəfə yerli brendimiz “AKOND” QSC ilə əməkdaşlıq edərək, yeni kombi sistemlərini satışa çıxarır. Bununla da “AKOND” QSC qlobal brendin Azərbaycanda rəsmi distributoru olur.

“Baku Marriott Hotel Boulevard”da keçirilən imzalanma tədbirində hər iki markanın və partnyor şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə ilk sözü Akond QSC-nin direktoru Orxan Bağırov aldı. O, Akondun qlobal şirkətlə əməkdaşlığının daha uğurla irəliləyəcəyini və yenilikçi brendin son məhsulları ilə bazar tələbatatının tam ödənəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən “Bosch Home Comfort Group”un Türkiyə və Orta Şərq üzrə vitse-prezidenti Kıvanç Arman bu əməkdaşlığın faydalarından və yeni məhsulların uğurundan danışıb. Həmçinin, bildirilib ki, Azərbaycanda satışa çıxarılacaq “Bosch Home Comfort Group”a məxsus kombiləri digərlərindən fərqləndirən üstün cəhətləri istifadədə özünü göstərmiş olacaq.

Qeyd edək ki, tədbirdə “PASHA Development LLC”, “PMD Projects”, “UCC LLC”, “Modern Group”, “Caspian Enerji”, “Alyans Group”, “Airfresh”, “62A İnşaat Mərkəzi” və digər məşhur markaların əməkdaşları iştirak edib.

Təqdimat hissəsinin ardınca isə qonaqlara iftar süfrəsi verilib, müxtəlif milli rəqslər və musiqi ifaları nümayiş olunub.

BAKU.WS
QALEREYA