SİZİN REKLAM BURADA!
055 213 76 73


2021-ci ildə Wolt komandası məhsullarımızı müştərilərimiz üçün daha əlçatan və rahat etməyi qarşısına məqsəd qoymuşdu.

Biz hər bir müştəriyə geniş məhsul çeşidi ilə əngəlsiz alış-veriş təcrübəsini təmin etməyi, çatdırılma xərcləri barədə narahat olmamalarını istəyirdik. Bu strategiya müştərilərimiz üçün faydalı olmaqla yanaşı, həm də platformamızdakı tərəfdaşlarımızın işini genişləndirməyə yönəlmişdi.

Nəticədə, Wolt+ abunəlik xidmətimiz təqdim edildi. Burada istifadəçilərə hər zaman 0₼ çatdırılma haqqı və Wolt-dan ən yaxşı və sərfəli təkliflərə eksklüziv giriş imkanı təqdim olunur.

Wolt+ ilk dəfə Çexiyada, Polşada və Gürcüstanda sınaqdan keçirilib, başladıqdan sonra 2023-cü ildə Azərbaycanda da təqdim edildi. Wolt+ hal-hazırda bir çox ölkələrdə fəaliyyət göstərir, və fəaliyyət göstərdiyi hər bir ölkədə müştərilərimizə maksimum qənaət və üstünlüklər təqdim edir və eyni zamanda böyük və kiçik müəssisələrin satış imkanlarını artırır.

Wolt+ üzvləri cəmi 2 il ərzində 70 milyon avrodan çox qənaət edərək, dünya üzrə 75.000-dən çox restoran və mağazalara əlavə satışlar gətiriblər. Yalnız 2022-ci ildə, Wolt platforması vasitəsilə 120.000-dən çox müəssisələrin ümumi satış həcmi 3 milyard avrodan çox olmuşdur və bu rəqəm artmaqda davam edir.

Və indi, bayram mövsümünü nəzərə alaraq, qiymətlərin əlçatanlığı və biznesləri dəstəkləmənin əhəmiyyəti daha da artmışdır.

Wolt+ həftələri

Wolt+ ikinci ildönümü münasibətilə yanvar ayı ərzində, eyni zamanda Azərbaycan ilə birlikdə 14 ölkədə keçiriləcək çoxhəftəlik endirim kampaniyasını təqdim edirik - “Wolt+ Həftələri”

Bu kampaniya yalnız Wolt+ üzvləri üçün yüzlərlə eksklüziv endirim təklif edərək, bayram mövsümündən sonra gündəlik ehtiyacları daha da əlçatan etməyə sadiq olduğumuzu göstərir. Wolt+ Həftələrində bir çox məhşur brendlər, McDonald's, KFC, Wolt Market, Fryday, CafeCity, Pizza Mizza, Pizza Hut, Bir-Iki və digər tərəfdaşlardan üç həyəcanverici həftə boyunca təqdim edəcəyi təklifləri qaçırmayın!

Wolt+ həftələri haqqında daha çox məlumatı Wolt+ veb səhifəsində tapa bilərsiniz. Bu gün Wolt+'a qoşulun və 30 gün pulsuz sınaqdan keçirin!

https://explore.wolt.com/az/aze/wolt-plus

BAKU.WS