SİZİN REKLAM BURADA!
055 213 76 73


Oyunlar və İnteraktiv Fəaliyyətlər

Dahilərin sirri kimi bilinən məntiqi-riyazi zəka nədir? Uşaqlar məntiqi zəka səviyyələrini artırmaq üçün, necə bir yol izləyə bilər?

Yay tətilini övladlarımızla daha səmərəli keçirək. Yay dövrünündə zamanımızın daha çox hissəsini evdə, gəzintidə və istirahətdə ailəmizlə vladlarımızla birlikdə oluruq. Bu zamanı daha səmərəli və effektiv etmək üçün ovladlarımızın bilik və bacarıqlarını inkişaf etdirmək üçün bir çox vasitələr mümkündür. Lakin bunlardan biz ən əlverişlisini və daha praktikini seçirik. Əziz valideynlər beləliklə biz sizə “Məntiqi-Riyazi Zəkanın” inkişaf etirilməsi üçün 9 fəaliyyətlə tanış edəcəyik. Beləliklə ovladınızı sıxmadan, bezdirmədən maraqlı və əyləncəli yay məşğuliyyəti kəşf edəcəksiniz

Məntiqi Riyazi Zəka nədir niyə bizə lazımdır?

Məntiqi-Riyazi Zəka situasiyaları və ya problemləri məntiqi təhlil etmək, həll yollarını müəyyən etmək, elmi tədqiqat aparmaq və məntiqi/riyazi əməliyyatları asanlıqla həll etmək bacarığıdır. Bu, Hovard Gardner tərəfindən təklif olunan "Səkkiz Çoxşaxəli Zəka" nəzəriyyəsi növlərindən biridir.

1.Verbal -linqvistik zəka

  1. Məntiqi-Riyazi- zəka
  2. Ekzistensial zəka

4.Bədən knestetik  zəka

  1. Musiqi- ritimli zəka
  2. Şəxsiyyətlərarası zəka
  3. Məkan - visual zəka
  4. Sosial zəka

Ədədi zəka səviyyəsi yüksək olan insanlar, məntiqi riyazi zəkadə göstərildiyi kimi məntiq və səbəb-nəticə əlaqələrindən istifadə edərək öz məlumatlarını təhlil edirlər. Onlar tez-tez subyektiv məlumatlarla işləmirlər - bunun əvəzinə aydın faktları və etibarlı məlumatları dəyərləndirirlər. Nəticə çıxarmaq və müşahidələr aparmaq bacarığı da riyazi zəkaə malik şəxslərin mühüm xüsusiyyətidir. Bəzən çaşqınlıq içində olduqları təsuratı oyatsalar da, beyinləri arxa planda kompüter kimi işləyir.

Azyaşlılarda Məntiqi-Riyazi Zəka potensialının 9 təkmilləşdirmə üsulu:

Məntiqi zəkai təkmilləşdirmək  istəyənlərin riyaziyyatı çox yaxşı bilməli olduğuna dair geniş yayılmış fikir olsada, bu mütləq deyildir. Məntiqi riyazi zəkainizi təkmilləşdirmək üçün sizə lazım olan tək şey özünüzü ona həsr etməyinizdi.

Məntiqi zəkanı  inkişaf  düşündüyünüz qədər çətin deyildir. Yüksək düşüncəyə malik insanları “məntiqi” insanlar adlandırırlar, onlar fiqurları müəyyənləşdirə və xəyali mövzular arasında əlaqə yarada bilirlər. Riyazi-məntiqini inkişaf etdirmək istəyənlərə şad xəbərimiz var. Burada bu sualınıza ətraflı cavab tapa bilərsiniz “Riyazi zəkanı necə inkişaf etdirmək olar” bunu  çox sadə Riyazi-məntiqi zəka tapşırıqlar ilə inkişaf etdirmək mümkündür!

  1. “pixidoku” beyin tapmacalarını həll etmə bacarığı

Demək olar ki, hər kəs zəka sualları, tapmacaları sevir. Əslində, bu suallar müxtəlif formalarda riyazi məntiqi zəka üçün sadəcə fəaliyyətlərdir. “pixidoku”  riyazi məntiqin bir qolu olub məntiqi zəkanı və arifmetik bacarıqlarını,konsentrasiyanı, hesablama gücünü və sürətini artırır. Beyni hər zaman aktiv saxlayır, düşünmə gücünü sürətləndiri. “pixidoku”   yaddaşın, diqqətin, məntiqi təfəkkürün inkişaf etdirilməsində böyük rol oynayan yapon beyin təlim sistemidir. ABŞ “Akademik Seçim Mükafatları” tərəfindən 2019-cu ildə “Beyin Oyuncağı” naminasiyası üzrə mükafata layiq görülmüşdür.

Uşağınızın məntiqi təfəkkürünü artıran məntiqi tapmacalarının həlli çox vaxt aparmır və bu övladınıza son dərəcə zövqlü gələ bilər.

  1. Stolüstü Oyunlar oynayın!

 Stolüstü oyunlar, starteji düşünmə   və məntiqi riyazi zəkain inkişafı üçün əla bir yoldur.

Onlar uşaqlar üçün olduğu kimi böyüklər üçün də məntiqi-riyazi zəka fəaliyyətlərindən biri kimi faydalıdır. Təəccüblü deyil ki, çox məşhur stolüstü oyunlar var! “Öyrətməyə dəyər  hər bir şey müxtəlif yollarla təqdim edilə bilər. Bu çoxsaylı yollar bizim çoxşaxəli zəkamizdən istifadə edə bilər”. - Hovard Qardner

  1. Tapmacalar və Çətin Sualları Həll edin

Siz əylənərkən cavabları olan çətin tapmacalar və ya cavabları olan çətin suallarla məntiqi zəkanızı inkişaf etdirə bilərsiniz. Onlar zehni hazırlığımızı və böyük məntiqi/riyazi zəka fəaliyyətlərimizi artırmaq üçün çox faydalıdır.

4.Hekayələr yazın

Təsvir ən mükəmməl məntiqi-riyazi çoxşaxəli zəka fəaliyyətlərindən biridir. Məntiqi-riyazi zəka üçün bu cür yazı fəaliyyətləri ilə övladlarınız həm yazı bacarıqları, həm də zəkaları üzərində işləyə bilər.

Sadəcə olaraq, onlardan hər giriş arasında keçən vaxtda daxil olmaqla hekayə üçün təsvir yaratmağı xahiş edin və hər giriş üçün ən azı iki cümlə olduğundan əmin olun.

5.Elmi eksperimentlər aparın

Məntiqi-riyazi zəkain inkişafı üçün ən yaxşı fəaliyyət növlərindən biridir. Məntiqi-riyazi zəkaə malik olan uşaqlar hər bir şeyin necə işlədiyini başa düşmək üçün artıq elmi təcrübələr etməyə meyllidirlər, çünki maraq onların ən güclü xüsusiyyətlərindəndir.

6.Kodlaşdırma öyrənin

Kodlaşdırma məntiqi-riyazi zəka fəaliyyətinin ən gözəl nümunələrindən biridir.

Bu, problem həll etmək, riyaziyyat, dil və s. kimi bir çox bacarıqlardan eyni vaxtda istifadə etməyi tələb edir, nəticədə  uşaqlar erkən yaşda  kodlaşdırma dünyasında öz bacarıqlarını kəşf edə bilirlər!

Ən yaxşı kodlaşdırma oyunlarının siyahısını tapmaq üçün Uşaqlar üçün Top 20 Öyrənmə Proqramı haqqında tətbiqlərimizə (apps) baxa bilərsiniz. Onlardan hər hansı birini seçməkdən sərbəstsiniz!

  1. Sorğu keçirin

Bu oyun deyilmiş kimi səslənə bilər, lakin sorğu keçirmək uşaqlar üçün ən maraqlı məntiqi-riyazi zəkain riyaz oyun fəaliyyətlərindən biri ola bilər!

Bu fəaliyyət eyni zamanda riyaziyyat, kateqoriyalara ayırma və ünsiyyət kimi birdən çox bacarıq tələb edir.

Uşaqlarınızı seçdiyi mövzular haqında açar suallar tapmağa cəsarətləndirin. Beləliklə onlar cavabları təşkil edə və məlumatları qrafiklərindən istifadə edərək məntiqi nəticələrə   çevirə bilərlər.

  1. Müxtelif obyektleri tesnif edin.

Bu mövzu da məktəbəqədər uşaqlar üçün çox faydalı məntiqi-riyazi zəka fəaliyyətlərindən biridir.

Siz artiq usaqlarinizda məntiqi – riyazi zəka təfəkkürünün mektəb yaşlarınından əvvəl yarandığını görəcəksiniz. Beləlikle, siz məntiqi-riyazi zəkaə daha cox diqqet cəmləyən məşqlərdən faydalana bilersiniz. Usaqlarinizda muxtelif obyektleri tesnif etmeyi xahiş edin.

Siz onlardan esyalari ölçü, rəng ve formalarina  göre nizamlamasını istəyə bilərsiniz. Siz 2 ferqli xüsusiyyətləri işare edib,qirmizi ve kvadrat obyektleri sağa, mavi ve dairəvi obyektleri sola qoyaraq oyunu daha çox çetinləşdirə bilərsiniz.

  1. Araşdirma layihələri edin

Bu çalışma məntiqi-riyazi zəkadə oxu və nizamlama üçün oyrəndikleri ən yaxsi meşğuliyyət ola biler.

Məntiqi riyazi zəkası olan bütün uşaqlar araşdırma layihələri etməkdən zövq alırlar. Siz bu marağı əyləncəli layihəyə çevirə bilərsiniz! Uşaqlarınızla birlikdə onlara maraqlı ola biləcək bir mövzü seçin. Bu, planetler,heyvanlar, və ya onların üstünlük verdiyi hər hansi mövzü ilə  əlaqəli ola bilər.

Onlara, kifayət qədər məlumat toplamağı daha sonra  onları qaydaya salıb bir neçə çalışma vərəqi hazırlamağı tapşırın. Köməyə ehtiyacları olduğu halda, gənc uşaqlara bələdçilik edə bilərsiniz.

MÜƏLLİF

Beynəlxalq Olimpiadalar Mərkəzi

BAKU.WS