SİZİN REKLAM BURADA!
055 213 76 73


Həftəsonunu bütün ailə ilə harada keçirmək olar? Həftə sonu maarifləndirici və aktiv istirahət üçün ən uyğun 5 yeri seçdik.

Yeri gəlmişkən, Uber aksiyasından istifadə edərək həmin yerlərə baş çəkə bilərsiniz - şənbə günləri 50%-ə qədər endirimlə avtomobil sifariş edə bilərsiniz. Aksiya 28 May tarixinədək keçərlidir.

Bakı zooparkı

Yenidənqurmadan sonra ötən ilin payızında qapılarını yenidən ziyarətçilərin üzünə açan, dünyanın ən yaxşı müasir zooparkları ilə bir sırada dayanan Bakı Zooloji Parkı ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib. Burada heyvanlar üçün mümkün qədər əlverişli yaşayış yeri yaradılıb - geniş və rahat volyerlər, akvaterrarium, kontaktlı (heyvanlara toxunmaq imkanı verən) zoopark, süni göl və hovuzlar. Bakı Zooparkı uşaqları vəhşi təbiət aləmi ilə tanış etmək üçün əla fürsətdir, onlar burada fauna və flora nümayəndələrini görə, silinməz təəssürat və müsbət emosiyalar ala bilərlər.

İş saatları: saat 10:00-dan 18:00-a kimi

Biletin qiyməti - 4-16 yaş uşaqlar - 2 AZN, böyüklər - 5 AZN

“Life-hack” - onlayn bilet almaq sizə girişdəki növbədən yayınmağa kömək edəcək.

“Kinderland”

Dəniz Mall-da yerləşən təhsil və əyləncə parkı Kinderland Bakının kiçik bir nüsxəsidir. Burada uşaqlar böyüklərin rolunu oynayaraq və sınayaraq öyrənirlər, sonra isə təcrübələrini real həyatda tətbiq edirlər. 4-14 yaş arası uşaqlar bərbər və ya aşpaz, həkim və ya yanğınsöndürən olmaqla özlərini 60-dan çox maraqlı peşədə sınaya bilərlər. Kinderland uşaqların faydalı bilikləri əyləncəli və oyun formatında əldə edə biləcəkləri bir yerdir.

İş saatları: saat 11:00-dan 22:00-a kimi

Biletin qiyməti – körpələr - 9 AZN, uşaqlar - 25 AZN, böyüklər - 10 AZN

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu

Açıq səma altında yaradılan bu qoruq əsl zaman maşınıdır. Siz Tunc dövrünə və orta əsrlər şəhərinə baş çəkə, Azərbaycanın zəngin çoxəsrlik tarixindən bəhs edən muzeyləri ziyarət edə biləcəksiniz. İstəyinizə uyğun olaraq köhnə təndirdə çörək bişirməklə, xalça toxumaqla, gildən saxsı qablaq düzəltməklə və dəmirçi kimi işləməklə keçmişə daha çox qərq olaraq əcdadlarımızın necə yaşadığını hiss edə bilərsiniz.

İş saatları: saat 09:00-dan 18:00-a kimi

“Qalada bir gün” turunun qiyməti - uşaqlar - 15 AZN, böyüklər - 19 AZN

İçərişəhər

Paytaxtın ürəyinə - İçərişəhərə (köhnə şəhər) baş çəkərək də keçmişin sehrini hiss edə bilərsiniz. Hər gəzinti onu yeni bir tərəfdən açır və sizi özünə daha çox aşiq edir. Muzeylər, tarixi yerlər, məşhur insanların evləri, restoranlar, kafelər və köhnə şəhərin inanılmaz əsrarəngiz aurası ailənizin şənbə gününü məlumatlandırıcı və yaddaqalan edəcək.

“Gənclik” parkı

Əgər siz ailəvi piknik etməyi planlaşdırırsınızsa, bu yaxınlarda açılmış “Gənclik” parkını tövsiyə edirik – bura ailəvi piknik üçün ideal yerdir. Burada, 43 hektar geniş ərazidə ailələrin aktiv istirahəti üçün hər cür şərait - uşaq meydançaları, attraksionlar, idman avadanlıqları, eləcə də gözəl süni göl yaradılıb. Bonus olaraq paytaxtın və Bakı buxtasının akvatoriyasının olduqca gözəl mənzərəsi.

Sizə gözəl və rəngarəng həftə sonu keçirməyinizi arzu edirik!

BAKU.WS