SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər zaman müştərilərə uyğun fürsətlər təqdim edən "İrşad" daha bir ilkə imza atdı. Telefon, elektronika və məişət satışı üzrə ixtisaslaşan, ən böyük mağazalar şəbəkəsindən olan "İrşad"da müştərilər aldıqları bütün məişət texnikasının və TV-lərin endirimli qiymətini 18 aya bölə biləcəklər. Həm də ilkin ödəniş, faiz və komissiya ödəmədən.

Evə televizor lazımdırsa "Samsung"un 1199,99 AZN olan televizoruna hazırda 260 AZN endirim var. Endirimlə 939 AZN əldə edəcəyiniz bu Tv-ni 18 aya hissə-hissə ödəyərək əldə edə bilərsiniz. LG brendinə məxsus paltaryuyana isə nə az, nə çox düz 1000 AZN endirim var. Endirimli qiyməti 18 aya bölürsünüz və ayda sadəcə 94,44 AZN ödəyirsiniz. Nə komissiya var, nə faiz, ilkin ödəniş də yoxdur.

Tozsoranlar, ütülər, buxarlı təmizləyicilər və bütün digər xırda məişət əşyalarını da eyni şərtlərlə əldə etmək mümkündür. Kampaniya 15 yanvaradək keçərlidir. Bununla yanaşı qeyd olunan tarixədək "İrşad"da “Yeni ilə sıfırdan başla” kampaniyası çərçivəsində smartfonlar və aksessuarlar 18 ayadək, notbuklar isə 24 ayadək ilkin ödənişsiz, faizsiz və komissiyasız təklif edilir.

Bütün mağazalarda istər nağd, istər taksit kartları ilə məhsul alan müştərilər həmin məhsulu pulsuz aparmaq şansına da sahib olacaqlar. Şadplyus aksiyasında iştirak etməklə alınan hər məhsula görə döndərdiyiniz şadplyus çarxı sizə bu şansı qazandırır.

Sözügedən fürsətlər bütün mağazalarla yanaşı həm də 20.000 dən çox çeşidin olduğu irshad.az saytından alış-verişə də şamil edilir. Daha çox fürsətlərdən faydalanmaq üçün www.irshad.az saytında kampaniyalar bölməsini ziyarət etməyiniz kifayətdir. Yenilikləri "İrşad"ın sosial şəbəkələrdəki rəsmi səhifələrində izləmək də mümkündür.

BAKU.WS