SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin ilk Pick Up zavodu olan ZX AUTO brendi artıq Azərbaycanda.

Belə ki, Çin bazarında Pick Up seqmentində lider olan ZX AUTO markasının Azərbaycanda rəsmi distribütoru, Almaniyanın Opel, Çinin FAW və Lifan brendlərinin rəsmi distribütoru olan “Cahan Motors” şirkətidir.

Bu barədə saytımıza “Cahan Motors” şirkətinin satış departamentinin rəhbəri Fərhad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, ZX AUTO artıq dünyanın 46 ölkəsində satılır. Zavodun illik istehsal gücü 100 000 ədəddir.

Hazırda şirkətdə ZX AUTO markasının 2 modeli - “Grand Tiger” və “Terralord” mövcuddur. Ən əsas dediyi qeydlərdən biri də odur ki, bu avtomobillər Azərbaycan bazarında Çin brendlərinin içində ən İsuzu mühərrikə malik olan Pick Up-dır.

Texniki göstəricilər aşağıdakılardır:

Grand Tiger

Avtomobilin mühərrik və sürətlər qutusu İSUZU-ya aiddir

3 il və ya 100 000 km zəmanət verilir

  • 8 turbo dizel
  • Avtomobil ölçüsü - 5310x1812x1800
  • Yük bölməsi ölçüsü – 1600x1505x480
  • 4x4
  • 5 pilləli mexaniki sürətlər qutusu
  • Arxa radar
  • Yanacaq sərfiyyatı – 6.5 litr
  • EURO standartları – Euro IV
  • Qiyməti – 41 900 azn

Terralord

Avtomobilin mühərrik və sürətlər qutusu İSUZU-ya aiddir

  • 5 turbo dizel
  • Avtomobil ölçüsü – 5341x1885x1805
  • Yük bölməsi ölçüsü – 1530x1620x515
  • 4x4
  • 6 pilləli mexaniki sürətlər qutusu
  • 7 düymlük sensor ekran
  • Arxa kamera və radar
  • Yanacaq sərfiyyatı – 6.5 litr
  • EURO standartları – Euro IV
  • Qiyməti – 44 900 azn

Ətraflı məlumat üçün:

  • 055 243 55 45
  • Babək pr. 21/99 “Cahan Motors”
BAKU.WS
VİDEO

QALEREYA