SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq 2020-ci ilin sonudur. Hər bir sahədə olduğu kimi avtomobil sektorunda da ilin yekun nəticələri hesablanır. Bu il avtomobil sektoru üçün elə də müsbət hallarla yadda qalmasa da maraqlı məqamlar oldu.

Belə ki, 2020-ci ildə Azərbaycan avtomobil sektorunda yeni avtomobil markası debüt etdi. Debüt etdiyi gündən isə gözlənilməz halda avtomobil həvəskarları tərəfindən maraqla qarşılandı.

Söhbət dünyanın nəhəng sənaye ölkəsi olan Çinin FAW markasından gedir. 2020-ci ilin fevral ayından satışa çıxan FAW markasının T99 və T77 modelləri qısa zamanda sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu.

İnteryer və eksteryer baxımından digər Çin brendlərini üstələyən FAW avtomobil ekspertləri tərəfindən də rəğbətlə qarşılandı.

Araşdırmamız nəticəsində onu da əldə etdik ki, FAW markası, demək olar ki, əsasən nağd satılıb və digər markalara nisbətdə minimum reklam xərcləri ilə bazara daxil olmağıda bacarıb. Beləliklə, avtomobil qısa zaman ərzində özü özünü satmağı bacarıb.

Belə hal isə Çin brendləri arasında bir ilkdir. Son 7 ilin göstəricilərinə nəzər yetirdikdə isə Çin markalarının bazara daxil olduqdan sonra alıcı kütləsi toplamasına böyük məbləğlər sərf etdiyini də qeyd edə bilərik. Belə markalar isə bazarda pay sahibi olmağı ən azı 3 il sərf etmişlər.

Bu göstəriciləri nəzərə alaraq əminliklə demək olar ki, FAW markasını 2020-ci ildə ilin uğurlu debütü və ilin avtomobili adlandıra bilərik.

Hal-hazırda markanın sərgi satış salonunda satışda olmayan T99 modelini gələn il üçün böyük səbirsizliklə gözləyən avtomobil həvəskarları çoxluq təşkil edir.

BAKU.WS
QALEREYA