SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu günlərdə Sədərək ticarət mərkəzinin rəhbəri Azərbaycan Silahlı Qüvvələrinə maddi dəstək məqsədi ilə işçilərinə müraciət edib. Bunun nəticəsində 1 milyon 200 min AZN pul yığılıb.

Bu məbləğin 500 mini Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin şəxsən özü tərəfindən ayrılıb.
Məbləğin yerdə qalan hissəsi isə obyekt sahibləri tərəfindən toplanıb.

Qeyd edək ki, bu, Sədərək ticarət mərkəzinin ilk xeyriyyə aksiyası deyil. Onlar əvvəl də Azərbaycan Respublikası Silahlı Qüvvələrinə dəstək olmaq üçün vəsait ayırıblar. Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslər tərəfindən ayrılan könüllü ianələr əsasında formalaşır.

BAKU.WS