Zelenskidən acı etiraf
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya ilə münaqişə zamanı itirdiyi əraziləri geri qaytara bilməyəcəyini etiraf edib.
BAKU.WS xəbər verir ki, o, bu fikri 4 fevralda britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə səsləndirib.
"Biz bütün torpaqlarımızı geri qaytara bilmərik. Nəticənin qeyri-müəyyən olduğu bir halda milyonlarla insanı itirə bilmərik", – deyə Zelenski bildirib.
O, Ukraynaya Qərbin hərbi yardımının yetərli olmadığını və cəbhədə vəziyyətin çox çətin olduğunu vurğulayıb. Eyni zamanda, münaqişənin həlli üçün danışıqlara hazır olduğunu qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq mü...