Səfir: Qlobal problemin müzakirə ediləcəyi WUF13 Ruanda üçün çox əhəmiyyətlidir
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ən vacib qlobal problemlərdən biri olan - yaşayış məskənləri məsələsini müzakirə etdiyinə görə Ruanda üçün də çox əhəmiyyətlidir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ruandanın Azərbaycan üzrə qeyri-rezident səfiri Çarlz Kayonqa deyib.
Səfir bildirib ki, WUF13-də Ruandanı bu ölkənin infrastruktur nazirinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Ç.Kayonqanın fikrincə, bu forum Ruanda da daxil olmaqla iştirakçı ölkələr üçün beynəlxalq səviyyədə qarşılıqlı, diplomatik və strateji əməkdaşlıq əlaqələri qurmaqda böyük fürsətlər təqdim edir:
"Yeri gəlmişkən, qeyd edim ki, Ruandanın paytaxtı Kiqali Afrikanın ən təmiz şəhəri hesab olunur. Şəhərimiz səliqəli küçələri, yaşıl sahələri və ciddi ekoloji siyasəti ilə tanındığına görə bizim mütəxəssislərimiz də öz təcrübələrini məmnuniyyətlə bu forumda paylaşmağa hazırdır", - deyə səfir əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək - SƏRƏNCAM
Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. BAKU.WS President...