Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu
Naxçıvan Muxtar Respublikasında (MR) yeni qurum yaradılıb, rəis təyin olunub.
BAKU.WS "Nuhçıxan"a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsi yaradılıb.
Bu gün keçirilən təqdimat mərasimində regional bölməyə yeni rəis də təyin edilib. ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun müvafiq əmri ilə Səttar Şəmsəddin oğlu Nəsirov 14 saylı Naxçivan regional bölməsinin rəisi təyin olunub.
Digər əmrlə Sabir Rzayev qurumun rəis müavini təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib?
Baku TV-nin "Qarabağ xronikası"nın budəfəki buraxılışında Hərtiz dağının Qubadlı uğrunda döyüşlərdə hərbi-strateji əhəmiyyətindən və şəhərin işğaldan azad edilm...