Maykl Ceksonun varisləri buna etiraz etdilər - FOTO

"Popun Kralı" Maykl Ceksonun varisləri sənətçinin nadir və yayımlanmayan səs yazılarının satışına qadağa qoyub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə "Gotta Have Rock and Roll" hərrac evi ifaçının 1994-cü ildə lentə alınan səs yazısını hərraca çıxararaq satmağı planlaşdırıb.
Varislərin vəkili Jonathan Steinsapir yaydığı açıqlamada səs yazılarının satışının dayandırılması tələb edilib. Eyni zamanda həmin səs yazılarının nüsxəsinin çıxardılaraq yayılması da qadağan edilib.
Lakin hərrac evinin əməkdaşı bu qaydalara əməl etməyəcəklərini açıqlayıb. Bundan sonra Ceksonun varisləri ilə hərrac evinin əməkdaşı məhkəmədə görüşməli olublar. Proses zamanı hərrac evinin əleyhinə qərar qəbul edilib.
Qərarda "Oh Love", "New Jelly" və "Doing What My Heart" başlıqlı səs yazılarının da çoxaldılması qadağan edilib.
"Gotta Have Rock and Roll" hərrac evində Maykla aid 1984-cü ildən qalan qırmızı jaketin 10 min dollardan baha qiymətə satılması gözlənilir.
Qalereya
Oxşar xəbərlər
Maykl Ceksonun qızı naməlum şəxs tərəfindən izlənilir - FOTO
Popun kralı Maykl Ceksonun qızı Peris Cekson uzun müddətdir tanımadığı şəxs tərəfindən təqib edilir. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən şə...
