İranlı nazir: Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi bu ilin yazında başa çatdırılacaq
22
yan
2025
22:49
İran-Azərbaycan sərhədində, Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi bu ilin yazında başa çatdırılacaq.
"Report" IRNA-ya istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan və İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.
Nazir, bununla yanaşı, Zəngilan rayonunun Ağbənd yaşayış məntəqəsindən başlayan və İran ərazisindən keçməklə Culfaya qədər uzanan yoldan da bəhs edib.
F.Sadiq həmçinin Astara Terminalının ölkələri arasında ticarət əlaqələrinin intensiv inkişafına xidmət etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Elm və təhsil naziri Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak edib
Elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib. Bu b...