Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir
Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxslər David Babayan və Levon Mnatsakanyan son söz deyiblər.
Onlar ittiham tərəfinin çıxışında qeyd etdiklərinə əks dəlillər səsləndiriblər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasi...