Emin Hüseynov: "Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir"
Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Dünya Şəhərsalma Forumu 13 (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı planları açıqlayıb.
BAKU.WS xəbər verir ki, hazırda əsas prioritetlərdən birinin daha 30 min nəfərin öz ata-baba torpaqlarına geri dönüşünün təmin etmək olduğu bildirilib.
"Bu il daha 30 min sakinin doğma yurdlarına qayıtması əsas hədəfimizdir. Ağdamda 4 və 5-ci yaşayış komplekslərinin, iki kəndin tikintisinin başa çatması, Füzulinin isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin başa çatdırılması ilə bunu təmin edə biləcəyik" -deyə Emin Hüseynov qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasi...