Emin Hüseynov: Ağdam və Füzuli sanki mövcud olmayıbmış kimi yerlə-yeksan edilmişdi
Ümumilikdə 13 min 600 kvadratkilometr ərazi 30 illik işğaldan sonra azad olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
"Bunun 2 min 700 kvadratkilometri Füzuli, Xocavənd və Ağdam rayonlarının payına düşür. Bu ərazilər, yəqin ki, azad edilmiş torpaqlar arasında ən sıx məskunlaşmış bölgələrdir", - o əlavə edib.
Xüsusi nümayəndənin sözlərinə görə, Ağdam və Füzuli Qarabağ və Şərqi Zəngəzur bölgəsində həm əhali sayına, həm ərazi baxımından, həm də iqtisadi fəaliyyətinə görə ən böyük rayonlardır:
"Eyni zamanda, onlar ən çox dağıdılmış, tamamilə vandalizmə məruz qalmış şəhərlər idi. Bölgənin ən böyük şəhərləri olan Ağdam və Füzuli sanki ümumiyyətlə mövcud olmayıbmış kimi yerlə-yeksan edilmişdi".
Oxşar xəbərlər
Azərbaycan Moldova ilə ikitərəfli enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan və Moldova arasında ikitərəfli enerji əməkdaşlığına dair müzakirələr aparılıb. BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sos...