SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir Azərbaycana dəstək açıqlaması verib.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, İ.Dəmir Türkiyənin bütün müdafiə sənayesinin Azərbaycanın əmrində olduğunu bildirib.

O deyib ki, pilotsuz uçan aparatlar, raketlər, elektron HARP sistemləri və digər hərbi vasitələr Azərbaycanın əmrindədir:

“Azərbaycan ordusuna yeni sistemlər qazandırmaqla yanaşı, mövcud sistemlərin modernləşdirilməsi, təmiri və təlimləndirilməsi məsələlərində də birlikdə çalışacağıq”.

BAKU.WS