Prezident İlham Əliyev Yunanıstan Respublikasının prezidenti Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb. 
 
BAKU.WS-in məlumatına görə, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
 
BAKU.WS