SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Şahmar Mövsümova yüksək vəzifə verib.

BAKU.WS xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Şahmar Mövsümov Prezidentin köməkçisi təyin olunub.

Qeyd edək ki, Yeni vəzifəyə təyin olunan Şahmar Mövsümov — Azərbaycan Respublikasının Dövlət Neft Fondunun sabiq İcraçı direktorudur. O, 31 yanvar 1972-ci ildə anadan olmuşdur.

Təhsili
1990 - 1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsi, İqtisadçı.

2003 - 2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbinin dövlət idarəçiliyi üzrə magistrı

İxtisaslaşma
Dövlət Maliyyəsi

İş təcrübəsi
1995 - 2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2005 - 2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində işləyib.

15 may 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifəsində çalışır.

2006 - 2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün hökumət Komissiyasının sədri olmuşdur.

2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.

2017-ci il 5 aprel tarixindən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.

2018-ci il 14 mart tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

2018-ci il 20 sentyabr tarixindən Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvüdür.

Xarici dillər
İngilis, fransız, rus, türk dillərini bilir.

Ailə vəziyyəti
Evlidir, üç övladı var.

BAKU.WS