SİZİN REKLAM BURADA!
055 213 76 73


“Biz müəyyən müddətdə, daha dəqiq desəm dörd aydır ki, görüşməmişik. Bizim əlaqələrin intensivliyini nəzərə alsaq, bu, yetərincə böyük müddətdir. Keçən il biz dörd dəfə görüşmüşdük. Bu görüşlər çox müsbət rol oynayır, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirdiyimiz əlaqələrimizin inkişafına yaxşı təkan verir”.

BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Soçidə “Valday klubu” beynəlxalq siyasi diskussiya klubu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı bildirib.

Prezident ticari-iqtisadi sahədə müsbət dinamikaan danışıb və qeyd edib ki, əmtəə dövriyyəsi keçən il də, bu il də artır:

“Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.

Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq”.
BAKU.WS