SİZİN REKLAM BURADA!
055 213 76 73


Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımov ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, görüşdə Elçin Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim edib.

Notada verilmiş məlumata əsasən, 2019-cu ilin oktyabrın 1-dən etibarən Slovakiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlayır.

Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsinə və irəlilədilməsinə təkan verəcəyini bildirib.
BAKU.WS