Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı fikirlər səsləndirib.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, o, Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandırıb.

Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq:

“Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz...”
BAKU.WS