SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün jurnalistlərə verdiyi açıqlamasında guya Azərbaycan Müdafiə naziri Zakir Həsənovun cəbhə zonasında olduğu zaman Ermənistan Silahlı Qüvvələrinin müşahidəsinə düşdüyünü və bundan sonra onun cəbhə xəttini tərk etdiyini deyib.

Azərbaycan Müdafiə Nazirliyindən BAKU.WS-ə bildirilib ki, A.Qriqoryanın sərsəm fikirləri gülünc doğurur və onun hərb işində diletant olduğunu göstərir:

“Nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altındadır”, - məlumatda bildirilib.
BAKU.WS