SİZİN REKLAM BURADA!
055 213 76 73



Vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub.

Ədliyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib.

Eyni zamanda iclasda səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi barədə qərar qəbul olunub.

57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun bilinib.

BAKU.WS