SİZİN REKLAM BURADA!
055 213 76 73



Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.

BAKU.WS