SİZİN REKLAM BURADA!
055 213 76 73



"İraqdakı azərbaycanlı qadınların və uşaqların qaytarılması ilə bağlı iş aparılır".

Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Bu məsələ uzun araşdırma tələb edir. Çünki bu, təkcə bizdən asılı deyil. Hazırda qadınların qanunsuz qruplaşmaların fəaliyyətinə cəlb edilməsi faktını müəyyən etmək lazımdır", - XİN başçısı qeyd edib.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan İraqdakı uşaqların taleyindən narahatdır: "Artıq oraya nümayəndələrimizi göndərmişik. İraqdakı səfirliyimiz hazırda bu istiqamətdə çalışır".

BAKU.WS