SİZİN REKLAM BURADA!
055 213 76 73



Biz ümid edirik ki, Qarabağ münaqişəsi öz həllini tapacaq.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmisi Mariya Zaxarova cümə axşamı keçirilən brifinqdə deyib.

O, Moskvanın 2018-ci ilin yazında Rusiya, Ermənistan və Azərbaycandakı prezident seçkilərindən sonra Qarabağ münaqişəsinin həllinə ümid edib-etmədiyi barədə sualı cavablandırarkən bildirib: “Bizdə ümid var ki, bu münaqişə həllini tapacaq. Və bildiyiniz kimi, biz buna böyük diqqət ayırır, ən başlıcası isə - tərəflərin nəzərdə tutuduqlarının reallaşdırılması üzrə işdə fəal iştirak edirik”.

BAKU.WS