055 213 76 73
"Dövlətin dotasiyaları olmasa, "Formula-1"in təşkilində maddi baxımdan zərər etmiş olarıq".
BAKU.WS-in “Report”a istinadla məlumatına görə, bunu "Formula-1" üzrə Azərbaycan Qran-prisinin promoteri Arif Rəhimov Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunmuş konfransdakı çıxışında deyib.
A.Rəhimov bildirib ki, bu cür treklər çox bahalıdır: "Gəlirin olmasını təmin etmək çox çətindir. Lakin bu yarışa sırf maddi qazanc prizmasından baxmamalıyıq. Digər məsələləri - insan resursları, brendin tanıtımı, mediadakı təbliğat və s. nəzərə alsaq, dövlət olaraq "Formula-1"in təşkilindən qazanclıyıq".
BAKU.WS