SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Ankarada yerləşən Şuşa Konqres Mərkəzində Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 85-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, onun xatirəsi ehtiramla yad edildikdən sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezident Administrasiyasının Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri professor Aygün Attar Mustafa Kamal Atatürkü ehtiramla yad edərək Azərbaycan Türkiyə əlaqələrinin qurulmasında Türkiyənin qurucu liderinin fəaliyyətlərindən bəhs ediblər.

Türkiyə Milli Müdafiə Universitetinin hərbi fakültəsinin dekanı, professor İbrahim Ethem Atnur, Hacettepe Universitetinin Təhsil fakültəsinin dekanı professor Şefiqe Şule Erçetin, Qazi Universitetinin professoru Necdet Hayta tədbirlə əlaqədar keçirilən paneldə Mustafa Kamal Atatürkün həyat yolundan, fəaliyyətlərindən və dövlət quruculuğunda göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.

BAKU.WS
QALEREYA