SİZİN REKLAM BURADA!
055 213 76 73


Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə

Bosniya və Herseqovinanın Serb Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı, xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Mən fəxrlə deyirəm ki, Bosniya və Herseqovinanın Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan dostluq münasibətləri, mükəmməl iqtisadi əməkdaşlıq mövcuddur.

Böyük geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenada çağırışlar dönəmində hər bir ölkənin daxili işlərinə, eləcə də xarici siyasətinə anlayışla və hörmətlə yanaşmaq son dərəcə vacibdir.

Mən qəti şəkildə əminəm ki, ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə genişlənəcək və dərinləşəcək. Səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də ölkələrimizə faydalı olacaq şəkildə inkişaf edəcək. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi qoruyub saxlamaq, qarşılıqlı hörmət əsasında daha da inkişaf etdirməkdir.

Möhtərəm Prezident, Sizə dərin ehtiramımı bildirir, cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

BAKU.WS