SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində “Xüsusi şəraitlərdə xüsusi təyinatlı dəstənin hücumunu dəstəkləyən minaatan batareyasının fəaliyyəti” mövzusunda döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.

Təlimə cəlb olunmuş bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonuna çıxarılıb. Cəmləşmə rayonunda minatanların nişangah qurğuları yoxlanılıb, artilleriya kəşfiyyat cihazlarına qulluq göstərildikdən sonra şəxsi heyətlə hücum mövzusunda məşğələ keçirilib və xəritə üzərində əməliyyatların planlaması aparılıb.

Təlimin növbəti mərhələsində bölmələr cəmləşmə rayonunu tərk edərək atəş mövqeyi və çıxış həddinə doğru irəliləyiblər.

Ərazinin vizual kəşfi aparıldıqdan sonra minaatan batareyasının şəxsi heyəti atəş mövqelərini tutaraq minaatan qurğularını tam döyüşə hazırolma vəziyyətinə gətirib.

Təlimin ssenarisinə uyğun taktiki fəaliyyətlərin praktiki icra mərhələsində minaatan batareyası tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə atəş zərbələri endirildikdən sonra xüsusi təyinatlı dəstə basqın fəaliyyətini icra edib.

Düşmənin artilleriya zərbələrinə məruz qalan minaatan batareyası yerdəyişmə edərək yeni atəş mövqelərini tutub. Ön xətt mövqeləri ələ keçirildikdən sonra növbəti hədəflər kəşf edilərək minaatan batareyasına məlumat verilib. Batareyanın atəş dəstəyi ilə xüsusi təyinatlı dəstə düşmənin müdafiəsinin dərinliyinə doğru irəliləyərək bölüyün dayaq məntəqəsini ələ keçirib.

Komandirlərin bölmələri idarəetmə bacarıqlarının və şəxsi heyətin fiziki dözümlülüyünün artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

BAKU.WS
QALEREYA