SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan “3+3” formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində deyib.

“Əlbəttə, biz hazırıq. Vaxtilə “3+3” formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu”, - o vurğulayıb.

Qeyd edək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.

BAKU.WS