SİZİN REKLAM BURADA!
055 213 76 73


“Gəncənin Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulmasından 3 il ötür. Bu cinayəti edənlərin və azərbaycanlılara qarşı digər cinayətləri törədənlərin artıq bir neçəsi həbs ediliblər”.

BAKU.WS Apa-ya istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

Baş prokuror bildirib ki, hazırda onlar barəsində istintaq hərəkətləri aparılır:
“Bu, hadisələrin ildönümü ərəfəsində təsəlli verir. Həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə, daha sonra isə atəşkəs dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı cinayət işləri açılıb. Hərbi Prokurorluqda, Baş Prokurorluqda və Dövlət Təhlükəsizliyi Xidmətində bu cinayət işləri üzrə istintaq hərəkətləri aparılır”.

BAKU.WS