SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı məktəblilər ilk dəfə olaraq Beynəlxalq Kosmik Stansiya ilə radio əlaqə saxlayıblar.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu oktyabrın 4-dən Bakıda keçirilən və oktyabrın 10-da başa çatacaq Ümumdünya Kosmos Həftəsi çərçivəsində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") təşəbbüsü ilə baş tutub.

Görüşün keçirilməsində əsas məqsəd orta məktəblərdə oxuyan şagirdlərin kosmosa olan marağının artırılması olub. Şagirdlər beynəlxalq kosmos ictimaiyyətinin fəal üzvü olan, 2010-cu ildən etibarən regionda ilk peyk operatoru olaraq telekommunikasiya və Yerin müşahidəsi xidmətlərinin həyata keçirən "Azərkosmos"un fəaliyyəti ilə yaxından tanış olub, 2013-cü və 2018-ci illərdə orbitə çıxarılmış ilk telekommunikasiya peykləri olan "Azerspace-1" və "Azerspace-2"nin iş prinsipləri haqqında suallar verib.

Daha sonra məktəblilərə ölkəmizin bu həftə ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astonavtika Konqresi, eləcə də Ümumdünya Kosmos Həftəsi, çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiya (ISS) haqqında ətraflı məlumat verilib. Görüşdə çıxış edən Kosmik Nəsil Məşvərət Şurasının Azərbaycan üzrə koordinatoru Əli Məmmədov bildirib ki, ISS-də fəaliyyət göstərən astronavtlar orada maksimum 2 il qala bilər: "Sümük əriməsi və başqa tibbi məsələlərlə bağlı onların stansiayda çox qalması tövsiyyə edilmir. Hazırda kosmosda bir neçə orbit üzrə müşahidələr aparılır. Onlardan ən yaxını LEO (Low Earth Orbit) adlanır. Burada gün ərzində yer ətrafında 16 dəfə dövr etmək mümkündür. GEO (A geostationary orbit) orbit isə yerə bir qədər uzaqdır, burada daha dərin elmi araşdırmalar aparılır”.

Tədbirin sonunda məktəblilərə üçün 3D çap üzrə master klass keçirilib və "Azərkosmos" onlara hədiyyələr verib. Sonda xatirə fotosu çəkilib.

BAKU.WS
QALEREYA