SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın “Roskosmos” dövlət korporasiyasının baş direktoru Yuri Borisovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə “Roskosmos”un mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, nümayəndə heyəti konqres və sərgi ekspozisiyasının açılış mərasimində, baş direktor isə dünyanın aparıcı kosmik agentliklərinin rəhbərləri ilə müzakirələrdə iştirak edəcək. Burada o, insanlı astronavtika, kosmik tullantılar və çox peyk bürclərinin inkişafı və Yerin məsafədən zondlanması proqramları məsələlərinə toxunacaq.

Bundan əlavə, “Roskosmos” nümayəndə heyəti xarici həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

BAKU.WS