SİZİN REKLAM BURADA!
055 213 76 73


Kremldən erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmasına münasibət gəlib.

BAKU.WS-in məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, onda hər hansı məlumat yoxdur. 

"Onun saxlanılıb-saxlanılmaması, kim tərəfindən saxlanılması və Rusiya vətəndaşlığının olub-olmaması barədə məlumatım yoxdur",-deyə Peskov vurğulayb.

O əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman saxlanması ilə bağlı məlumatlar Rusiya tərəfinə veriləcək.

Kreml spikerinin sözlərinə görə, o, Vardanyanın Rusiya vətəndaşlığını saxlayıb-saxlamadığına əmin deyil, çünki keçən ilin sentyabrında o, bundan imtina etmək niyyətində idi: “Əgər o, Rusiya vətəndaşlığından imtina edibsə, bu, başqa vəziyyətdir”.

BAKU.WS