SİZİN REKLAM BURADA!
055 213 76 73


"İndi Azərbaycanın suverenliyi altında olan Xocalı daxil bütün Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır".

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub:

"İllər əvvəl erməni quldur dəstələri kimi ora girməyib. İnsanları qırmaq üçün daxil olmayıb. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Yəni Azərbaycan qələbələrin müjdəsi ilə öz torpağına daxil olub. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır".

Qeyd edək ki, Ərdoğan dünən - sentyabrın 25-də Naxçıvanda rəsmi səfərdə olub.

BAKU.WS