SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclası yekunlaşıb.

“Report” xəbər verir ki, iclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər.

Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış ediblər. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb.

İclas heç bir sənəd qəbul olunmadan başa çatıb.

***23.30

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr keçirilib.

“Report” xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib.

***19:55

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı keçiriləcək müzakirələrə qatılacaq.

"Report"un ABŞ bürosu xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin müraciəti ilə baş tutacaq iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək.

BAKU.WS
VİDEO

VİDEO