SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Xarici İşlər Nazirliyində struktur dəyişikliyi olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, yeni nazir müavinləri Samir Şərifov və Yalçın Rəfiyevin cavabdeh olduqları sahələr müəyyənləşib.

Samir Şərifov Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə cavabdeh olacaq.

Digər yeni nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq Təhlükəsizlik İdarəsi, İqtisadi Əməkdaşlıq İdarəsi və Yaxın Şərq və Afrika İdarəsinə cavabdeh olacaq.

BAKU.WS