SİZİN REKLAM BURADA!
055 213 76 73


"Haqlı mübarizəsində Azərbaycanın yanındayıq".

BAKU.WS xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Bakıdakı diplomatik missiyalar, hərbi atteşələr və media qurumlarının təmsilçiləri ilə birlikdə Ağdam-Xankəndi yolundadır:

"Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə aparmağa səy göstərdiyi humanitar yük və mövcud vəziyyət barədə diplomatik missiyaları və medianı məlumatlandırdı".

Səfir qeyd edib ki, Türkiyənin beynəlxalq ictimaiyyətdən gözləntisi regionda sülh və sabitliyin təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi üçün atdığı addımların, o cümlədən Bakının humanitar yardım səylərinin dəstəkləməsidir.

BAKU.WS