SİZİN REKLAM BURADA!
055 213 76 73


"Artıq Cənubi Qafqazda siyasi sabitlik üçün şərait yaranıb. Çünki Azərbaycan 30 illik işğala son qoyub".

BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında müxtəlif platformalarda danışıqlar gedir:

"Biz bu təmasları yaxından izləyirik. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası istiqamətində işlər görülür".

BAKU.WS