SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidanın birgə mətbuat konfransı başa çatıb.

Onlar görüşün yekunları ilə bağlı bəyanatlarla çıxış ediblər.

14:16

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidanın görüşü başa çatıb.

Azərbaycan XİN-in məlumatına görə, birgə mətbuat konfransında nazirlər görüşün yekunları ilə bağlı bəyanatlarla çıxış edirlər.

***13:53

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başa çatıb.

Hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.

***13:42

Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başlayıb.

BAKU.WS xəbər verir ki, H.Fidan C.Bayramovu qarşılayıb və səmimiyyətlə salamlayıb.

Hazırda nazirlər arasında təkbətək görüş keçirilir.

Nazirlər ikitərəfli əlaqələrin hazırkı durumunu, gələcək inkişaf perspektivlərini və regiondakı vəziyyəti müzakirə edirlər.

XİN başçıları görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın XİN başçısını qəbul edəcək.

BAKU.WS
VİDEO

QALEREYA