SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Xələf Xələfovu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Xələf Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

BAKU.WS Xələf Xələfovun bioqrafiyasını təqdim edir:

Xələf Xələfov 1959-cu ilin sentyabrın 21-də Ermənistanda anadan olub. 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirib.

O, 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi olub.

1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb.

1991-1992-ci illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olub. 1997-2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışıb.

2018-ci ilin dekabr ayından 3 may 2019-cu il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində işləyib.

3 may 2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.

2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif olunmuşdur. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Xarici dillərdən alman və rus dillərini bilir.

Evlidir. İki övlad atasıdır.

BAKU.WS