SİZİN REKLAM BURADA!
055 213 76 73


Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu və Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər Moldova mediasının diqqət mərkəzində olub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Moldovanın “Noi”, “Tribuna”, “Ava” “Jurnal1” və digər xəbər portallarında rumın və rus dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin xüsusilə Ermənistanla bağlı fikirlərə önəm verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti ölkəsinin Ermənistanla müharibə nəticəsində uzun illər çəkdiyi əziyyətlərdən sonra sabitliyə və inkişafa nail olmağa çalışdığını vurğulayıb. Dövlət başçımıza istinadla vurğulanır ki, Ermənistanla sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın və onlardan birincisi ermənilər tərəfindən öz günahlarının etiraf edilməsidir.

Azərbaycanın bölgədə barışıq ölkəsi olduğu qeyd edilib və bildirilib ki, Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri, çox yüksək, yəni ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu isə Azərbaycana olan etimadın, etibarın göstəricisidir. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir, hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, bu rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə belə təmaslar potensial olaraq Azərbaycanda yenə də bərpa edilə bilər.

Məqalələrdə daha sonra yazılıb ki, Cənubi Qafqazda inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Əlbəttə, bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, Azərbaycan getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidir ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı.

BAKU.WS
QALEREYA