SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü təşkilata üzv olan bütün ölkələrin birliyini və əməkdaşlıq ruhunu nümayiş etdirib".

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yekununda deyib.

Onun sözlərinə görə, bəşəriyyət hazırda böyük təhlükəsizlik problemləri ilə üz-üzədir və Qoşulmama Hərəkatı bu problemlərin aradan qaldırılmasında mühüm rol oynayır: "Azərbaycan bundan sonra da bu təşkilatın maraqları, sülh və inkişaf naminə səmərəli fəaliyyətini davam etdirəcək”.

BAKU.WS