SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, toplantı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutur.

Tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan, Fransız Polineziyası Assambleyasının prezidenti Antoni Geros, Fransa Milli Assambleyasının deputatı Jan-Viktor Kastor və digər şəxslər iştirak edirlər.

Tədbir iştirakçıları Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Tədbirin sonunda yekun bəyannamə qəbul olunacaq.

BAKU.WS